satellite   Azerspace-1: 11135 H 30000

“Tesla” ucuz elektrik avtomobili hazırlayır

“Tesla” ucuz elektrik avtomobili hazırlayır

“Tesla” şirkəti daha kompakt və əlverişli yeni elektrikli SUV modelinin hazırlanması üzərində işləyir.

NTV xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, kompakt SUV-un istehsalının Çində həyata keçirilməsi planlaşdırılır və avtomobilin uzunluğu təxminən 4,28 metr olacaq.

Mənbələrin məlumatına görə, yeni modelin qiyməti “Tesla Model 3” bazasından da aşağı ola bilər — Çində təxminən 34 min dollardan, ABŞ-da isə 37 min dollardan başlayan qiymət səviyyəsi nəzərdə tutulur.

Yeni avtomobildə daha kiçik batareyadan istifadə ediləcəyi, bunun isə “Tesla Model Y” ilə müqayisədə daha qısa yürüş məsafəsi (təxminən 306–327 mil) yaradacağı bildirilir. Həmçinin avtomobilin çəkisinin təxminən 1,5 tona endirilməsi planlaşdırılır.

Qeyd olunur ki, bu layihə İlon Maskın 2024-cü ildə daha ucuz elektrik avtomobil planlarından imtina edərək diqqəti robotaksi və humanoid robotlara yönəltməsi fonunda yenidən gündəmə gəlib.

Analitiklər isə şirkətin gələcəkdə ənənəvi elektrik avtomobilləri satışında dəyişikliklər və mümkün azalma ehtimalını da müzakirə edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM