satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də təyyarə qəzası baş verib, ölənlər var

ABŞ-də təyyarə qəzası baş verib, ölənlər var

ABŞ-nin Arizona ştatındakı kiçik bir hava limanında təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

NTV  xəbər verir ki, bu barədə Marana şəhərinin meri Con Posta istinadən "NBC news" məlumat yayıb.

O qeyd edib ki, hazırda həlak olanların demək olar ki, hamısının meyitləri ailələrinə təhvil verilib.

Onun sözlərinə görə, təyyarə uçuş-enmə zolağından kənara çıxaraq alışıb.

Şəhər rəhbərliyinin nümayəndəsi Vik Heteuey təyyarənin göyərtəsində iki nəfərin olduğunu bildirib. Onların kimliyi müəyyənləşdirilməyib.

Marana polisinin məlumatına görə, insident zamanı digər hava gəmilərinə ziyan dəyməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM