satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Yaxın Şərqdən 7300 vətəndaşını təxliyə edib

Qazaxıstan Yaxın Şərqdən 7300 vətəndaşını təxliyə edib

Yaxın Şərqdən təxliyə əməliyyatlarının başlanmasından indiyədək rezident və qeyri-rezident aviaşirkətlərin dəstəyi ilə 7300-dən çox Qazaxıstan vətəndaşı ölkəyə qaytarılıb.

NTV Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, nazirlik səlahiyyətli qurumlarla birlikdə Yaxın Şərqdəki münaqişə zonasından vətəndaşların geri qaytarılması istiqamətində işləri davam etdirir.

Aviareyslərlə yanaşı, vətəndaşların Azərbaycan, Ermənistan və Türkmənistanın quru sərhədləri vasitəsilə də təxliyəsi həyata keçirilir.

Bildirilib ki, Qazaxıstanın regiondakı diplomatik nümayəndəlikləri yerlərdə fəaliyyətin koordinasiyasını davam etdirir və soydaşlarla daimi əlaqə saxlayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM