Ankarada Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) F-16 qırıcı təyyarələrin yerləşdirilməsi nəzərdən keçirilir.
NTV Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən xəbər verir ki, bu, digər məsələlərlə yanaşı, bölgədəki son hadisələr fonunda ŞKTR-nin təhlükəsizliyini təmin etmək üçün də planlaşdırılır.
Müdafiə Nazirliyindəki mənbələr ŞKTR-ni xarici təhdidlərdən qorumaq üçün mərhələli plan açıqlayıblar.
