satellite   Azerspace-1: 11135 H 30000

Körfəz regionunda qalmış Almaniya vətəndaşlarının ilk qrupu təxliyə edilib

Körfəz regionunda qalmış Almaniya vətəndaşlarının ilk qrupu təxliyə edilib

Almaniya hökuməti Körfəz regionunda qalmış vətəndaşlarının ilk qrupunu təxliyə edib.

NTV yerli mediaya istinadla xəbər verir ki, xüsusilə həssas durumda olan vətəndaşları daşıyan “Lufthansa” təyyarəsi səhər saatlarında Frankfurt aeroportuna eniş edib. Təyyarə Omanın paytaxtı Maskat şəhərindən yola düşüb.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilk təxliyə reysində xüsusilə həssas qruplara - hamilə qadınlara, xəstələrə və uşaqlara üstünlük verildiyini açıqlayıb. İlk reyslə neçə nəfərin gətirildiyi barədə məlumat verilməyib.

Almaniya hökuməti bu gün və sabah daha iki təxliyə reysinin həyata keçiriləcəyini açıqlayıb. Bundan əlavə, bəzi aviaşirkətlər xüsusi uçuşlar təşkil edir. Almaniyalı turistlərin ilk qrupu iki gün əvvəl ölkəyə qayıdıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM