satellite   Azerspace-1: 11135 H 30000

XİN: İran tərəfindən bu məsələyə aydınlıq gətirilməsini, izahat verməsini tələb edirik

XİN: İran tərəfindən bu məsələyə aydınlıq gətirilməsini, izahat verməsini tələb edirik

Naxçıvan Muxtar Respublikasının Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.

NTV  xəbər verir ki, bu barədə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına dron hücumları barədə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik”, - deyə bəyanatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM