Yaxın Şərqdə gərginliyin artması fonunda Omandan getmək istəyən Böyük Britaniya vətəndaşları üçün təşkil edilən çarter reysi planlaşdırıldığı vaxtda havaya qalxmayıb.
NTV“Sky News”a istinadla xəbər verir ki, reysin Omanın paytaxtı Maskatdan martın 4-ü yerli vaxtla saat 23:00-da yola düşməsi nəzərdə tutulsa da, bu, reallaşmayıb.
Reysin bu gün həyata keçirilməsi planlaşdırılır.
