Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev qeyd edib ki, Asiyada faktiki çatdırılma üçün neftin qiyməti əksər növlər üçün artıq 90 dolları keçib.
NTV TASS agentliyinə istinadla xəbər verir ki, Kiril Dmitriyev “X” platformasında yazıb: “Asiyada faktiki çatdırılma üçün neftin qiyməti əksər növlər üçün artıq 90 dolları keçib. “Murban” xam neftinin qiyməti 96 dollardır, qiymətlərin 100 dollara çatması labüddür”.
O əlavə edib ki, hətta solçu liberal Britaniya jurnalı “The Economist” də neftin qiymətinin 100 dolları keçəcəyini gözləyir.
Ekspertlər qeyd edirlər ki, Qətərin LNG istehsalını və nəqlini dayandırması, həmçinin Birləşmiş Ərəb Əmirlikləri şirkətinin İraqın Kürdüstan bölgəsindəki Xormor qaz yatağında hasilatı dayandırması təbii qazın qiymətlərinin daha da artmasına səbəb olacaq.
