Çin müdafiə xərclərini ötən illə müqayisədə 7 faiz artırmağı planlaşdırıb.
NTV xəbər verir ki, bu barədə martın 5-də Pekində işə başlayan 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 4-cü sessiyasında müzakirəyə çıxarılan hökumətin hesabatında qeyd olunub. Dövlət büdcəsi layihəsində müdafiə xərcləri 1,9 trilyon yuan (təxminən 275 milyard ABŞ dolları) nəzərdə tutulub.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın ikinci böyük iqtisadiyyatı olan Çinin son 11 ildir müdafiə büdcəsinin artım göstəricisi birrəqəmli olub. Son 3 ildə bu rəqəm 7,2 faiz olub. Ölkənin müdafiə xərcləri uzun illərdir ümumi daxili məhsulun (ÜDM) 1,5 faizindən aşağıdır. Bu, dünya üzrə ortaq rəqəmdən aşağıdır.
