Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin İrana qarşı müharibədə iştirak etməyəcəyini bildirib.
NTV “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, nazir bu barədə Bundestaqda mühüm məsələlərin müzakirəsinə həsr olunan “Aktual Saat” adlı debatda danışıb.
“Almaniya müharibə tərəfi deyil. Almaniya Silahlı Qüvvələri bu müharibədə iştirak etməyəcək”, - deyə B.Pistorius qeyd edib.
Nazirin sözlərinə görə, federal hökumət üçün əsas prioritet regiondakı alman vətəndaşlarının və hərbçilərinin təhlükəsizliyidir.
