Şri-Lanka sahilləri yaxınlığında İrana məxsus hərbi gəmi batıb.
NTV BBC-yə istinadla xəbər verir ki, Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, “IRIS dena” adlı gəmidən səhər saatlarında fövqəladə siqnal alındıqdan sonra axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. İlkin məlumatlara əsasən, gəmidə təxminən 180 nəfər olub, indiyədək onlardan 32-si xilas edilib.
Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin sözçüsü Budhika Sampath bildirib ki, hadisə ölkənin ərazi sularından kənarda baş versə də, ölkənin axtarış və xilasetmə zonasına daxil olduğuna görə yardım göstərilib.
Sözçü, həmçinin gəminin batmasının sualtı hücum nəticəsində baş verməsinə dair yayılan məlumatları təkzib edib və hadisənin səbəbinin hələlik məlum olmadığını vurğulayıb.
