satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Prezidenti tammiqyaslı müharibə deyil, məhdud əməliyyat keçirməyi əmr edib

ABŞ Prezidenti tammiqyaslı müharibə deyil, məhdud əməliyyat keçirməyi əmr edib

Çərşənbə günü ABŞ Senatının qanunvericiləri İrana qarşı hərbi kampaniyaya son qoymağı hədəfləyən və ona qarşı hər hansı bir hərbi əməliyyatın Konqres tərəfindən təsdiqlənməsini tələb edən müharibə səlahiyyətləri haqqında ikipartiyalı Qətnaməsinə səs verməli idilər.

NTV xəbər verir ki, qanun layihəsinin təşəbbüskarları bunu ABŞ Konstitusiyasında təsbit edildiyi kimi, Konqresin müharibə elan etmək məsuliyyətini bərpa etmək cəhdi kimi təsvir edirlər.

Donald Trampın Respublikaçılar partiyasındakı müttəfiqləri həm Senatda, həm də Nümayəndələr Palatasında az sayda səs çoxluğuna malikdirlər və bundan əvvəl onun müharibə səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qətnamələrin qəbul edilməsi cəhdlərini bloklayıblar, - deyə “Reuters” yazır. Respublikaçılar Demokratları milli təhlükəsizliklə siyasi oyun oynamaqda günahlandırıblar və ABŞ Prezidentinin tammiqyaslı müharibələr deyil, yalnız məhdud əməliyyatların keçirilməsini əmr etdiyini iddia ediblər.

Qanun layihəsi ilə bağlı Nümayəndələr Palatasında cümə axşamı səsvermənin keçiriləcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM