satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 7 %-ə yaxın artıb

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 7 %-ə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 77 milyon 885 min ABŞ dolları təşkil edib.

NTV-yə Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.

Hesabat dövründə Gürcüstanla ticarət ümumi dövriyyənin 2,2 %-i qədər olub.

İl ərzində Azərbaycanın Gürcüstana ixracının dəyəri 7,3 % artaraq 69 milyon 311 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 0,6 % artaraq 8 milyon 574 min ABŞ dolları olub.

Ay ərzində Gürcüstana ixrac ümumi ixracın 3,1 %-ni, Gürcüstandan idxal isə ümumi idxalın 0,7 %-ni təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM