Martın 3-dən 4-nə keçən gecə “Air Astana” aviaşirkəti Səudiyyə Ərəbistanından dörd repatriasiya uçuşu - Mədinə-Atırau, Mədinə-Aktau və Ciddə-Atırau reysləri həyata keçirib.
NTV “Air Astana” şirkətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstana qaytarılan sərnişinlərin ümumi sayı 640 nəfər olub. Onların rahatlığı üçün aviaşirkət Atıraudan Almatıya iki və Astanaya bir reys həyata keçirib.
Qazaxıstan Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində martın 4-də Ciddədən əlavə iki repatriasiya reysi planlaşdırılır.
Aviaşirkət vəziyyəti izləməyə davam edir və hər hansı bir dəyişiklik barədə sərnişinləri məlumatlandıracaq.
