satellite   Azerspace-1: 11135 H 30000

“Belavia” Dubaydan ilk təxliyə reysini reallaşdırıb

“Belavia” Dubaydan ilk təxliyə reysini reallaşdırıb

“Belavia” aviaşirkəti Dubaydan ilk təxliyə reysini reallaşdırıb. Fevralın 28-nə bileti olan sərnişinləri gətirən təyyarə martın 4-ü səhər saatlarında Minsk Milli Hava Limanına eniş edib.

NTV Belarusun “Belta” agentliyinə istinadla xəbər verir ki, “Boeing 737-800” tipli təyyarənin göyərtəsində 189 sərnişin olub. Uçuş təhlükəsizlik məqsədilə riskli ərazilərdən yan keçərək, Aktauda yanacaqdoldurma dayanacağı etməklə icra olunub.

Bildirilib ki, martın 4-ü və 5-də daha bir neçə təxliyə uçuşunun keçirilməsi planlaşdırılır. Uçuşlar Belarus Xarici İşlər Nazirliyi, səfirliklər və tur operatorları ilə əməkdaşlıq çərçivəsində təhlükəsiz şəkildə həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM