satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Yaxın Şərqdən 946 vətəndaşını repatriasiya edib

Qazaxıstan Yaxın Şərqdən 946 vətəndaşını repatriasiya edib

Ümumilikdə 946 Qazaxıstan vətəndaşı Yaxın Şərq ölkələrindən geri qaytarılıb.

NTV xəbər verir ki, bu barədə Qazaxıstanın Qazinform informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, repatriasiya uçuşları “Air Astana” tərəfindən Mədinə və Ciddə şəhərlərindən həyata keçirilib.

“KC2202” reysi ilə Aktauya 142 sərnişin, “KC2208” reysi ilə Mədinədən Atırauya 145 sərnişin, “KC2206” və “KC2204” reysləri ilə isə Ciddədən Atırauya müvafiq olaraq 174 və 179 sərnişin çatdırılıb.

Bundan əlavə, “SCAT Airlines” Almatı–Maskat–Almatı marşrutu üzrə 290 yerlik “Boeing 767” təyyarəsi ilə reys həyata keçirir. Rəsmi qurumlar Qazaxıstan vətəndaşlarının Yaxın Şərqdən repatriasiyasının davam etdiyini bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM