satellite   Azerspace-1: 11135 H 30000

Şri-Lanka fevralda rekord sayda xarici turist qəbul edib

Şri-Lanka fevralda rekord sayda xarici turist qəbul edib

Şri-Lanka 2026-cı ilin fevral ayında bütün dövrlərin aylıq turizm rekordunu qırıb.

NTV Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Şri-Lanka Turizm İnkişafı İdarəsi məlumat yayıb. Bildirilib ki, ay ərzində ölkəyə 279 min 328 turist səfər edib ki, bu da indiyədək bir təqvim ayında qeydə alınmış ən yüksək göstəricidir. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz çoxdur.

Həftəlik hesabatda dərc olunan gündəlik statistikaya əsasən, fevralın 12-də ölkəyə 12 min 731 turist gəlib və bu, ay üzrə ən yüksək gündəlik göstərici olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM