Martın 4-də Qazaxıstana Yaxın Şərq ölkələrindən geri qayıdan respublika vətəndaşlarını daşıyan reyslər gəlib.
NTV xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
Mülki Aviasiya Komitəsinin məlumatlarına görə, "Air Astana" aviaşirkəti Mədinə və Ciddə şəhərlərindən reysləri yerinə yetirib, 142 nəfər Aktau şəhərinə, 498 sərnişin isə müxtəlif təyyarələrlə Atırau şəhərinə gedib. Eyni zamanda, SCAT aviaşirkəti "Boeing 767" təyyarəsi ilə Almatı-Maskat-Almatı marşrutu üzrə reys həyata keçirir.
Bu günə qədər ümumilikdə Qazaxıstana 946 sərnişin qaytarılıb. Komitədən qeyd edilib ki, Qazaxıstan vətəndaşlarının geri qaytarılması üzrə iş davam etdirilir.
