satellite   Azerspace-1: 11135 H 30000

BMT: Livanda 30 min məcburi köçkün sığınacaqlara yerləşdirilib

BMT: Livanda 30 min məcburi köçkün sığınacaqlara yerləşdirilib

Livanın cənubundan təxminən 30 min məcburi köçkün ölkədəki kollektiv sığınacaqlara yerləşdirilib və qeydiyyatdan keçirilib.

NTV  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının saytına istinadla bildirir ki, İsrail-Livan silahlı toqquşmasının genişlənməsi səbəbindən sərhəd bölgəsinə yaxın 50-dən çox kəndin əhalisi təxliyə olunub.

Qurum, həmçinin 11 minə yaxın livanlının Suriyaya keçdiyini diqqətə çatdırıb.

Livanın sosial işlər naziri Huneyn əs-Seyyid ölkədə 171 sığınacaq açıldığını və köçkünlərin bu sığınacaqlarda yerləşdirildiyini bildirib.

Livan Səhiyyə Nazirliyi açıqlayıb ki, İsrail ordusunun Beyrutdakı hədəflərə zərbələri nəticəsində azı 40 nəfər ölüb, 246 nəfər yaralanıb.

Qeyd edək ki, İsrail ordusu hücumların “Hizbullah”ın raket atəşinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM