İran bütün ərzaq məhsulları və kənd təsərrüfatı məhsullarının ixracına qadağa elan edib.
NTV-nin məlumatına görə, bu barədə "Al-Jazeera" İran mediasına istinadən xəbər verir.
"Bütün ərzaq məhsulları və kənd təsərrüfatı məhsullarının ixracı xüsusi sərəncama qədər qadağan edilib. İran hökuməti əhalinin zəruri ərzaq məhsulları ilə təmin olunmasına prioritet verir", - deyə media qeyd edir.
