Böyük Britaniya Kiprdə yerləşən hərbi bazasını müdafiə etmək üçün bölgəyə hərbi gəmi göndərilməsi planlarını nəzərdən keçirir.
NTV “The Times”a istinadla xəbər verir ki, bu qərar İranın pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücumdan iki gün sonra gündəmə gəlib. İran dronu o vaxt Böyük Britaniya hərbçilərinin yerləşdiyi əraziyə təxminən 730 metr məsafəyə qədər yaxınlaşıb.
Hökumət mənbələri nazirlərin adadakı “RAF Akrotiri” bazasına dəstək məqsədilə Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin göndərilməsini nəzərdən keçirdiyini təsdiqləyiblər.
Müdafiə naziri Con Hili son 24 saat ərzində bölgəyə hərbi gəminin göndərilməsi məsələsini rəsmilərlə müzakirə edib.
