satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin xarici işlər naziri ABŞ-nin Ankaradakı səfirini qəbul edib

Türkiyənin xarici işlər naziri ABŞ-nin Ankaradakı səfirini qəbul edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 3-də ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakı qəbul edib.

Türkiyə Xarici İşlər Nazirliyi bu barədə NTV-yə danışığın təfərrüatlarını açıqlamadan məlumat verib.

Bu gün səhər saatlarında Türkiyənin xarici işlər naziri jurnalistlərə bildirib ki, İran, ABŞ və İsrail arasındakı münaqişə regional müharibəyə çevrilmək riski daşıyır. Nazir bildirib: “Hazırkı şəraitdə ən pis ssenari münaqişənin şiddətlənməsi və həm İranı, həm də bütün regionu bürüyəcək qeyri-sabitlik yaratmasıdır”.

Fidanın sözlərinə görə, Ankaranın əsas istəyi qarşılıqlı hücumlara tez bir zamanda son qoymaq və diplomatik səylərin bərpasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM