Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Livan hökumətinin “Hizbullah” hərəkatının hərbi fəaliyyətini qadağan etmək qərarını dəstəkləyir.
NTV xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan bunu Livanın Baş naziri Navaf Salamla telefon danışığında deyib. Nazirliyin sosial media hesabında dərc olunmuş bəyanatda vurğulanır ki, “Bu addım mülki əhalinin layiq olduğu təhlükəsizliyi və rifahı bərpa etmək üçün fürsətdir, həmçinin gərginliyin azaldılmasına və diplomatik dialoq kanallarının açılmasına töhfə verir”.
Qeyd edək ki, bir müddət öncə Livan hökuməti “Hizbullah” hərəkatının təhlükəsizlik və hərbi sahələrdəki bütün fəaliyyətini qanunsuz elan edib.
