2026-cı ilin yanvar ayında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 32 ölkəsinə 1,5 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 ölkə azdır, xidmət dəyəri isə sabit qalıb.
NTV İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizini təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 348,5 min dollar ilə Birləşmiş Krallıq, 283 min dollar ilə Lüksemburq, 187,2 min dollar ilə İsveç, 72,4 min dollar ilə Türkiyə, 69,6 min dollar ilə Pakistan qərarlaşıb.
