Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında İranda ABŞ-İsrail əməliyyatı məsələsinə dair telefon danışığı yaxın vaxtlarda planlaşdırılmır.
NTV Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Xeyr, hələlik Trampla danışıq planlaşdırılmır, prezident Putinin qrafikində belə tədbirlər yer almır", - Peskov jurnalistlərə deyib.
