Qazaxıstan İranla bağlı danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
NTV “Biz artıq bir çox məkan, xüsusən də İranla bağlı platformalar təqdim etmişik. Əvvəllər də Almatıda bu məsələnin həllinə əhəmiyyətli töhfə verən platforma təqdim olunmuşdu”, -deyə Bakayev bildirib.
O qeyd edib ki, Qazaxıstanda Suriya hökuməti ilə müxalifət arasında 20-dən çox danışıqlar raundu keçirilib və bu, münaqişənin gərginliyinin azaldılmasına kömək edib. Qazaxıstan tələb olunarsa, yeni danışıqlar təklifini diqqətlə nəzərdən keçirməyə hazırdır.
