satellite   Azerspace-1: 11135 H 30000

Pezeşkian: İrəvan və Bakı arasında sülh sazişi regionda təhlükəsizliyi möhkəmləndirəcək

Pezeşkian: İrəvan və Bakı arasında sülh sazişi regionda təhlükəsizliyi möhkəmləndirəcək

İran Prezidenti Məsud Pezeşkian Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişdən məmnunluğunu ifadə edərək, bunu təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı üçün müsbət addım adlandırıb.

NTV "Mehr"ə istinadən xəbər verir ki, Pezeşkian bu barədə Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüş zamanı bildirib.

Pezeşkian həmçinin qeyd edib ki, İran qonşu ölkələrlə, xüsusilə də Ermənistanla hərtərəfli əlaqələri genişləndirməyə və dərinləşdirməyə hazırdır. O, Tehran və İrəvan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəd üzərində işin tamamlanmasına hazır olduğunu bildirib.

O vurğulayıb ki, İranın siyasəti regionda sülhün, sabitliyin və dayanıqlı təhlükəsizliyin dəstəklənməsindən ibarətdir və hər hansı sabitliyi pozan hərəkətlər bütün region dövlətlərinə zərər verir.

Öz növbəsində Suren Papikyan müdafiə, iqtisadiyyat və nəqliyyat sahələrində uğurlu əməkdaşlığı qeyd edib və qonşu İranla tərəfdaşlığın strateji əhəmiyyətini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM