satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatına ev sahibliyi hüququ Meksikadan alına bilər

Dünya çempionatına ev sahibliyi hüququ Meksikadan alına bilər

FIFA 2026-cı il dünya çempionatının ev sahibliyi hüququnu Meksikadan ala bilər.

NTV “The Athletic” nəşrinə istinadən xəbər verir ki, həmin ölkədə keçirilməsi planlaşdırılan qitələrarası pley-off matçlarının təhlükəsizlik səbəbindən təxirə salınması gündəmdədir. Həmçinin mundialın Meksikada təşkili nəzərdə tutulan bəzi oyunları da risk altındadır.

Bildirilib ki, qarşılaşmalar yalnız ciddi təhlükə yaranarsa təxirə salınacaq. Qərar təhlükəsizlik qurumlarının və kommersiya tərəfdaşlarının rəyi nəzərə alınaraq veriləcək.

Meksikada narkokartel rəhbərinin öldürülməsindən sonra iğtişaşlar davam edir. Silahlı qruplarla hüquq-mühafizə orqanları arasında toqquşmalar baş verir.

Martın 26–31-də keçirilməsi planlaşdırılan pley-off görüşlərində Yamayka, Konqo və Yeni Kaledoniya yığmaları iştirak etməlidir. Artıq minlərlə azarkeş final mərhələsinin oyunları üçün bilet alıb və hotel rezervasiya edib. Matçlar təxirə salınarsa, FIFA azarkeşlərə dəyən zərəri ödəməli ola bilər.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM