satellite   Azerspace-1: 11135 H 30000

Romada Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib

Romada Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib

İtaliyanın paytaxtı Roma şəhərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilib.

NTV xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi "X"də məlumat yayıb.

Azərbaycanın Müqəddəs Taxt-Tac və İtaliyadakı səfirliklərinin, habelə Romadakı Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Romanın "Chiesa Parrocchiale di San Giuseppe a Via Nomentana" kilsəsində keçirilən tədbirdə diplomatik korpusların və yerli ictimaiyyət nümayəndələri, eləcə də İtaliya paytaxtında yaşayan azərbaycanlılar iştirak ediblər.

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Xocalı faciəsi barədə məlumat verilib.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində Xocalı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə daha geniış formada çatdırıldığı vurğulanıb.

Tədbirin bədii hissəsində İtaliyanın "UniMarconi" xoru və "Costantina" musiqi kapellasının xor kollektivi və orkestri tərəfindən dünya bəstəkarlarının klassik əsərləri, o cümlədən Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin "Matəm Odası" ifa olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM