satellite   Azerspace-1: 11135 H 30000

Peruda hərbi helikopterin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb

Peruda hərbi helikopterin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb

Perunun cənubunda Mi-17 hərbi helikopterinin qəzaya uğraması nəticəsində uşaqlar da daxil olmaqla, azı 15 nəfər həlak olub.

NTV xəbər verir ki, bu barədə "The Mirror" Peru Hərbi Hava Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.

Rəsmilərin məlumatına görə, helikopter günün ikinci yarısında radarlardan itib, daha sonra onun qalıqları Çala-Vyexo yaşayış məntəqəsi ərazisində aşkar edilib.

Hadisə yerinə gələn xilasedicilər dörd ekipaj üzvünün və 11 sərnişinin həlak olduğunu təsdiqləyiblər. Helikopter axtarış-xilasetmə işləri aparırdı və regionda daşqınlardan və digər fövqəladə hallardan zərər çəkmiş əhaliyə yardım çatdırırdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM