satellite   Azerspace-1: 11135 H 30000

ABŞ səfirliyinin yarım milyon manatdan artıq pulunu ələ keçirməkdə ittiham edilən şəxsə hökm oxunub

ABŞ səfirliyinin yarım milyon manatdan artıq pulunu ələ keçirməkdə ittiham edilən şəxsə hökm oxunub

ABŞ-nin Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin dələduzluqda ittiham edilən sabiq əməkdaşı Rafiq Göyüşova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

NTV-nin məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün sənədlərdə şişirdilmiş məbləğlər göstərərək bu və digər yollarla ABŞ səfirliyinin yarım milyon manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur.

R.Göyüşov Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Onun barəsində məhkəməyə qədər "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdi.

Cinayət işi üzrə ABŞ səfirliyi zərərçəkmiş qismində tanınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM