satellite   Azerspace-1: 11135 H 30000

Danimarka sahil mühafizəsinə 2 milyard krondan çox vəsait ayıracaq

Danimarka sahil mühafizəsinə 2 milyard krondan çox vəsait ayıracaq

Fırtınalar bağ evlərinin su altında qalmasına, yol infrastrukturunun dağılmasına, sahilyanı yaşayış məntəqələrində daşqınlara səbəb olur. Bununla əlaqədar Danimarka gələcəkdə fırtına dalğalarına qarşı daha yaxşı hazırlaşmaq niyyətindədir.

NTV xəbər verir ki, hökumət iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri üçün 2029–2040-cı illərdə sahil mühafizəsinə təxminən 15 milyard kron (2 milyard dollardan çox) ayıracaq.

Ətraf mühit naziri MaQnus Heunike bildirib ki, bu plan vasitəsilə Danimarka sahilləri boyunca yerləşən evlər və biznes obyektləri qorunacaq.

Avropa Ətraf Mühit Agentliyinin məlumatına görə, son onillikdə 2021, 2022 və 2023-cü illər ekstremal hava hadisələri, xüsusilə daşqınlar nəticəsində ən böyük iqtisadi itkilərin qeydə alındığı beşilliyə daxil olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM