satellite   Azerspace-1: 11135 H 30000

AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb

AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2022-2025-ci illər ərzində karqo gəlirləri 211 %, daşınan yüklərin həcmi isə 170 % artıb.

Bu barədə NTV-nin sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Qeyd edilib ki, AZAL son illərdə yük daşımalarının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib və bu sahədə davamlı artım qeydə alınıb.

"Gəlir artımının yük həcmi artımını üstələməsi kommersiya fəaliyyətinin gücləndirilməsi, qiymət intizamının və gəlir idarəetməsinin təkmilləşdirilməsi ilə bağlıdır. Bu, yük daşımalarının artıq struktur və sistemli şəkildə inkişaf etdiyini göstərir", - məlumatda vurğulanıb.

Bildirilib ki, son illərdə 30-dan artıq strateji kommersiya müqaviləsi imzalanıb, AZAL-ın icra etdiyi bütün istiqamətlər üzrə yük satışları genişləndirilib və şəbəkə üzrə tam kommersiya əhatəliliyi təmin olunub: "Eyni zamanda şəbəkənin monetizasiyası və bazar penetrasiyası gücləndirilib ki, bu da karqo seqmentinin gəlir yaradan istiqamət kimi mövqeyini möhkəmləndirib. Hazırda rəqəmsallaşma layihələri həyata keçirilir, yeni rezervasiya sistemlərinə keçid istiqamətində işlər aparılır ki, bu da əməliyyat effektivliyinin artırılmasına və müştəri xidmətlərinin daha da təkmilləşdirilməsinə xidmət edəcək. AZAL qarşıdakı dövrdə də yük daşımalarının payının artırılmasını və bu istiqamətin dayanıqlı gəlir mənbəyi kimi inkişafını davam etdirməyi hədəfləyir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM