satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Çindən hibrid avtomobillərin idxalını kəskin artırıb

Azərbaycan Çindən hibrid avtomobillərin idxalını kəskin artırıb

Ötən il Azərbaycan 1 milyard 428,23 milyon ABŞ dolları dəyərində 73 678 ədəd hibrid avtomobil (daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.

NTV-nin Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 1 milyard 132,54 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,6 dəfə çox) 62 min 488 ədəd (+4,8 dəfə), Yaponiyadan 93,31 milyon ABŞ dolları dəyərində (-%) 5 min 31 ədəd (-23 %), Cənubi Koreyadan 69,6 milyon ABŞ dolları dəyərində (+81 %) 2 min 903 ədəd (+69 %), Amerika Birləşmiş Ştatlarından 46,51 milyon ABŞ dolları dəyərində (-25 %) 1 min 718 ədəd (+3,6 %), Almaniyadan 36,91 milyon ABŞ dolları dəyərində (-54 %) 615 ədəd (-52 %) hibrid avtomobili alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 26 197 ədəd hibrid avtomobilin 50 %-i Çinin payına düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM