satellite   Azerspace-1: 11135 H 30000

Peskov: Trampın Rusiyaya qarşı sanksiyaları uzatması gözlənilən idi

Peskov: Trampın Rusiyaya qarşı sanksiyaları uzatması gözlənilən idi

Kremldə ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar haqqında fərmanın müddətini uzatması ilə əlaqədar bildiriblər ki, başqa bir qərar gözləməyə dəyməzdi.

Naxçıvan televiziyası "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib.

"Başqa bir qərar gözləməyə dəyməzdi, xüsusilə də bu, kifayət qədər avtomatik hərəkətlərdir. Biz, yəqin ki, münasibətlərin normallaşdırılması, faktiki olaraq yenidən qurulması yolunun başlanğıcındayıq. Buna görə də bu məsələ ilə bağlı heç bir şişirdilmiş gözləntilərimiz olmayıb", - o qeyd edib.

Bundan əlavə, D.Peskov bildirib ki, Rusiya tərəfinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə təmasları faydalıdır, çünki iki ölkənin liderlərinə mövqelərini bir-birinə çatdırmağa imkan verir, lakin bu əlaqələrdən dərhal nəticə gözləmək lazım deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM