satellite   Azerspace-1: 11135 H 30000

Əlcəzair Fransanın 12 diplomatını ölkədən çıxarır

Əlcəzair Fransanın 12 diplomatını ölkədən çıxarır

Əlcəzair hökuməti 12 fransız diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Fransanın xarici işlər naziri Jan-Noel Barroya istinadən yazıb.

"Əlcəzair 12 əməkdaşımızdan 48 saat ərzində ölkə ərazisini tərk etməyi xahiş edib", - nazir bildirib.

Söhbət Fransanın Daxili İşlər Nazirliyi ilə əlaqəli inzibati və diplomatik işçilərdən gedir. Əlcəzair bu addımı Fransa ərazisində qanun pozuntusunda şübhəli bilinən üç Əlcəzair vətəndaşının saxlanılmasına cavab olaraq atır. Həmin şəxslər aprelin 11-də saxlanılıblar.

J.Barro Əlcəzairin bu addımının cavabsız qalmayacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM