satellite   Azerspace-1: 11135 H 30000

HƏMAS nümayəndə heyəti sabah Qahirəyə gedəcək

HƏMAS nümayəndə heyəti sabah Qahirəyə gedəcək

Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin Qəzza zolağında atəşkəslə bağlı məsləhətləşmələri davam etdirmək məqsədilə aprelin 12-də Misirə gələcəyi gözlənilir.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

HƏMAS-ın nümayəndə heyətinə hərəkatın Qəzzadakı lideri Xəlil əl-Həyya rəhbərlik edəcək. Planlaşdırılan məsləhətləşmələr barədə əlavə məlumat verilmir.

HƏMAS və Misir tərəfi “Al Hadath”ın məlumatını hələlik şərh etməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM