satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin XİN başçısı: Dünya sisteminin mərkəzində güc yox, ədalət dayanmalıdır

Türkiyənin XİN başçısı: Dünya sisteminin mərkəzində güc yox, ədalət dayanmalıdır

Dünya sisteminin mərkəzində güc yox, ədalət dayanmalıdır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində danışıb.

O qeyd edib ki, bu gün Türkiyə Qəzza və Ukrayna üçün ədalət axtaran, Qafqazda sabitlik istəyən bir dövlətdir:

“Türkiyə zülm qarşısında məzlumu müdafiə edir. Bu işi görmək cəsarət istəyir və bu cəsarətə görə cənab Prezidentimizə təşəkkür edirik”.

"Türkiyə Mərkəzi Asiya, Qafqaz və Balkanların da yer aldığı Aralıq və Qara dəniz hövzələri ilə yanaşı, Afrikada da münaqişələrin başa çatması və sabitliyin bərpa edilməsinə xüsusi diqqət göstərir", - nazir vurğulayıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM