satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti: Avropanın təhlükəsizliyində rol oynamağa hazırıq

Türkiyə Prezidenti: Avropanın təhlükəsizliyində rol oynamağa hazırıq

Türkiyə Avropanın təhlükəsizliyində rol oynamağa hazırdır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılışında danışıb.

O qeyd edib ki, Avropa İttifaqına üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır:

“Türkiyə tam üzv kimi İttifaqdakı yerinə tezliklə sahib olmalıdır. Biz bu istiqamətdə fəaliyyət göstərməyə hazırıq. Avropa İttifaqından lazımi addımların atılmasını gözləyirik”.

Türkiyə Prezidenti ölkəsinin ABŞ ilə ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasına böyük önəm verdiyini diqqətə çatdırıb.

Ərdoğan Rusiya ilə münasibətlərə də diqqət çəkərək ikitərəfli ticari əməkdaşlığını davam etdirəcəklərini vurğulayıb:

“Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasının tərəfdarıyıq və bu məsələyə dəstək verməyə hazırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM