satellite   Azerspace-1: 11135 H 30000

Fransada ÜDM-in artım proqnozu pisləşib

Fransada ÜDM-in artım proqnozu pisləşib

Fransa hökuməti 2025-ci il üçün iqtisadi artım proqnozunu pisləşdirib və ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinin mümkün nəticələrini qeyd edib.

Naxçıvan televiziyası “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Fransanın maliyyə naziri Erik Lombar “TF1” telekanalına müsahibəsində bildirib.

"Biz qeyri-müəyyənliyi nəzərə alaraq artım proqnozunu 0,7 %-ə qədər azaltmağa qərar verdik", - nazir qeyd edib.

İlkin proqnoza əsasən, bu il Fransada ÜDM-in 0,9 % artacağı nəzərdə tutulmuşdu.

E.Lombar əlavə edib ki, hökumət ABŞ ilə danışıqların gedişindən asılı olaraq ÜDM-in artım proqnozunu artıra və ya azalda bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM