satellite   Azerspace-1: 11135 H 30000

Suriyada müvəqqəti hökumətin formalaşdırılması barədə bəyanat verilib

Suriyada müvəqqəti hökumətin formalaşdırılması barədə bəyanat verilib

Suriyanın formalaşdırılmış müvəqqəti hökuməti 2025-ci ilin martınadək fəaliyyət göstərəcək.

Naxçıvan televiziyası “əl-Vətən” qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin müvəqqəti baş naziri vəzifəsini icra edən Məhəmməd əl-Bəşir bildirib.

“Müvəqqəti hökumət formalaşdırılıb, o, “xilas hökuməti”ndən olan bir neçə nazirdən ibarətdir. Bu, konstitusiya məsələləri həll olunanadək 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətdir”, – əl-Bəşir açıqlayıb.

O qeyd edib ki, hökumət ölkənin parçalanmasının qarşısını almaq üçün təhlükəsizliyin təmin edilməsi və dövlət qurumlarının sabitliyinin qorunması ilə məşğul olacaq. Əl-Bəşir əlavə edib ki, Nazirlər Kabineti yeni hökumət formalaşana qədər vətəndaşlara xidmət göstərəcək.

Siyasətçi əvvəlki kabinetin nazirlərinin müvəqqəti hökumətə kömək edəcəyinə ümid etdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM