satellite   Azerspace-1: 11135 H 30000

Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” hava limanını tərk ediblər

Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” hava limanını tərk ediblər

Rusiyanın Sərhəd Xidməti 32 ildən sonra İrəvanın “Zvartnots” beynəlxalq hava limanını tərk edir.

Naxçıvan televiziyası xəbər verir ki, “Zvartnots” aeroportunun sərhəd-keçid məntəqəsinin mühafizəsinin İrəvana təhvil verilməsi haqqında protokolu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinin rəisi, general-leytenant Roman Qolubitski və Ermənistan Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Edqar Hunanyan imzalayıb.

Qeyd edək ki, Rusiya sərhədçiləri 1992-ci ildə bağlanan müqavilə əsasında Ermənistanın Türkiyə və İranla sərhədlərini və “Zvartnots” beynəlxalq hava limanının təhlükəsizliyini qoruyur.

Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin 2024-cü il avqustun 1-də hava limanını tərk edəcəyini bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM