satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə hərbçiləri İraqda terrorçuların xeyli silah-sursatını ələ keçirib

Türkiyə hərbçiləri İraqda terrorçuların xeyli silah-sursatını ələ keçirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində terrorçuların xeyli sayda silah-sursatını ələ keçirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ələ keçirilən silah-sursatlar arasında 9 əl bombası, 6 tüstü bombası, 1000 ədəd 7.62 millimetrlik PKMS avtomatının sursatı, 900 ədəd AK-47 avtomatının sursatı, 230 ədəd 5.56 millimetrlik M-16 avtomatının sursatı, 20 ədəd Doçka pulemyotunun sursatı, 13 ədəd 12.7 millimetrlik zenit sursatı, 1 ədəd tank əleyhinə mina, 5 ədəd bomba mexanizmi, 1 ədəd generator və digər ləvazimatlar var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM