satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisə növbədənkənar seçkilərdə MDB missiyasına Leonid Anfimov rəhbərlik edəcək

Milli Məclisə növbədənkənar seçkilərdə MDB missiyasına Leonid Anfimov rəhbərlik edəcək

MDB baş katibinin birinci müavini Leonid Anfimov sentyabrın 1-də Azərbaycanın Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Birlikdən olan müşahidəçilər missiyasına rəhbərlik edəcək.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İcraiyyə Komitəsindən bildirilib ki, MDB dövlətlərinin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının çərşənbə axşamı keçirilən iclasının qərarı ilə Anfimovun namizədliyi təsdiq edilib.

"MDB Müşahidəçilər Missiyasının işi şəffaflıq, neytrallıq və seçki prosesinə, dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanacaq", - İcraiyyə Komitəsindən qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM