satellite   Azerspace-1: 11135 H 30000

KİV: ABŞ Ukraynaya göndərdiyi "F-16"ları raketlərlə təchiz edəcək

KİV: ABŞ Ukraynaya göndərdiyi "F-16"ları raketlərlə təchiz edəcək

ABŞ Ukraynaya göndərdiyi “F-16” qırıcılarını müasir “hava-hava” tipli raketlərlə təchiz etməyə razılıq verib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə yazı “The Wall Street Jorunal” nəşrində dərc olunub.

Bildirilib ki, bununla yanaşı rəsmi Vaşinqton Kiyevi növləri açıqlanmayan silah-sursatlar da göndərməyi öhdəsinə götürüb.

Bu arada, Danimarka və Niderland “F-16” seriyasından olan qırıcıların ilk partiyasını bu ilin yayında göndərəcəyini açıqlayıb. Belçika və Norveç hökumətlərindən də analoji açıqlama gəlib.

Qeyd edək ki, sözü gedən ölkələrin Ukrayna ordusuna təhvil verəcəyi qırıcı təyyarələrin raketlərlə təchizatı məsələsi hələlik açıq qalır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM