satellite   Azerspace-1: 11135 H 30000

Əl-Cəzirə: “Hizbullah” İsrailin Livana yerüstü müdaxiləsini gözləmir

Əl-Cəzirə: “Hizbullah” İsrailin Livana yerüstü müdaxiləsini gözləmir

“Hizbullah” hərəkatı Colan təpələrindəki Məcdəl-Şəms yaşayış məntəqəsinin atəşə tutulmasına cavab bəhanəsi ilə İsrail qüvvələrinin Livan ərazisinə girməsini gözləmir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu hərəkatın rəhbərliyindəki mənbə Əl-Cəzirə telekanalına şərhində deyib.

Kanalın həmsöhbəti Livan ərazisinə hətta məhdud olsa belə, yerüstü müdaxilə gözləmədiklərini bildirib. “Lakin biz tam hazır vəziyyətindəyik”, - deyə o əlavə edib.

İyulun 27-də Məcdəl-Şəms şəhərində idman meydançasına raket düşməsi nəticəsində 12 yeniyetmə həlak olub. İsrail hakimiyyəti insidentdə Livanı və “Hizbullah” hərəkatını günahlandıraraq, sərt cavab verəcəyini bildirib.

Öz növbəsində “Hizbullah” insidentlə hər hansı əlaqəsini inkar edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM