satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan MTX Rusiya hərbçilərinin yerinə "Zvartnots"a əlavə şəxsi heyət cəlb edir

Ermənistan MTX Rusiya hərbçilərinin yerinə "Zvartnots"a əlavə şəxsi heyət cəlb edir

Avqustun 1-də Rusiya hərbçilərinin İrəvanın “Zvartnots” hava limanını tərk etməsi və Ermənistan sərhədçilərinin burada yerləşdirilməsi ilə əlaqədar əlavə şəxsi heyət cəlb edir.

Naxçıvan televiziyası-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə adı çəkilən ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, bu fakt özünü xüsusilə də pasport və yüklərin sənədləşdirilməsi zamanı göstərəcək:

“Bu məqsədlə Ermənistanın Milli Təhlükəsizlik Xidməti əlavə əməkdaşların qəbulunu zəruri sayır”.

Qeyd edək ki, Rusiya sərhədçiləri 30 sentyabr 1992-ci ildə imzalanan müqavilə əsasında Gümrü, Armavir, Artaşat və Mehri sərhəd dəstələri, eləcə də “Zvartnots” havalimanında xidmət aparırdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM