satellite   Azerspace-1: 11135 H 30000

CNN: Tramp sui-qəsd işi üzrə FTB-yə ifadə verəcək

CNN: Tramp sui-qəsd işi üzrə FTB-yə ifadə verəcək

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Pensilvaniyada ona qarşı edilmiş sui-qəsd cəhdi ilə bağlı Federal Təhqiqat Bürosuna (FTB) ifadə verməyə razılaşıb.

Naxçıvan televiziyası xəbər verir, bu barədə CNN telekanalı qurumun nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, belə hallarda zərərçəkmişlərin ifadəsi standart prosedurdur, lakin qurumun zərərçəkmişi buna məcbur etmək hüququ yoxdur, söhbət könüllülük əsasında aparılır.

Trampın nə vaxt dindiriləcəyi hələlik bəlli deyil.

Xatırladaq ki, Trampa qarşı sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniyada seçki kampaniyası çərçivəsində onun seçicilər qarşısında çıxışı zamanı baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM