satellite   Azerspace-1: 11135 H 30000

"Haber Global": Paris Olimpiadasına ayrılan vəsait yetərli olmayıb, xeyli sayda satılmamış bilet var - VİDEO

Fransanın paytaxtı Parisdə keçirilən III Yay Olimpiya Oyunlarına ayrılan vəsait yetərli olmayıb, xeyli sayda satılmamış bilet var.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının Fransaya ezam olunan müxbiri Emre Timurun Paris Olimpiadası ilə bağlı hazırladığı süjetdə qeyd olunub.

Bildirilib ki, idmançıların yarışı üçün nəzərdə tutulan suda bakteriya aşkarlanıb.

Onun sözlərinə görə, Parisin infrastrukturunda da ciddi problemlər var: “Bu isə daşınmalara mane olur. Həm yerli insanlar, həm də turistlər bu vəziyyətdən narazıdırlar. İctimai nəqliyyatın qiyməti iki dəfə bahalaşıb. Bu isə yerli əhalinin narazılığını daha da artırır”.

E.Timur deyib ki, ölkədə Olimpiada ab-havası hiss olunmur.

Müxbir Fransanın dövlət kanalının olimpiadanı siyasiləşdirməsinə də diqqət çəkib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM