satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: Qərb Rusiyaya qarşı 20 minə yaxın sanksiya tətbiq edib

Rusiya XİN: Qərb Rusiyaya qarşı 20 minə yaxın sanksiya tətbiq edib

Kollektiv Qərb ölkələri Rusiya iqtisadiyyatına qarşı 20 minə yaxın sanksiya tətbiq edib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Federasiya Şurasında keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

“Rusiyaya qarşı artıq 20 minə yaxın müxtəlif məhdudlaşdırıcı sanksiyalar tətbiq edilib. Əslində, onları sanksiya adlandırmaq da olmaz, çünki sanksiyalar BMT Təhlükəsizlik Şurasının qanuni tədbiridir, bunlar isə birtərəfli məhdudlaşdırıcı tədbirlərdir”, - diplomat bildirib.

Onun sözlərinə görə, ABŞ və Aİ tərəfindən davam edən sanksiyaların tətbiqi Rusiyanın zəifləməsini və yıxılmasını təmin etmək məqsədi daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM